EN

Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik (ÖZƏL)

Antalya. Trend:

Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhranşəraitində, dəyərli tərəfdaş olaraq qalır.

Bu barədə Trend-əAvstriyanın Federal Avropa və Beynəlxalq İşlər Nazirliyindən 5-ciAntalya Diplomatik Forumu ərəfəsində özəl şərhdə bildirilib.

"Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionlarda sabitlikxüsusi önəm daşıyır. Ermənistan və Azərbaycan arasında sülhprosesində əldə olunan irəliləyiş regional təhlükəsizliyin vəiqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkan yaradır ki,bu da həm region, həm də Avropa üçün faydalıdır. Bu kontekstdəAzərbaycan Aİ və Avstriya üçün, xüsusilə böhran dövrlərində,dəyərli tərəfdaş olaraq qalır", – Nazirlikdən qeyd edilib.

Avstriyada hesab edilir ki, əməkdaşlığın gücləndirilməsi vəregionda normallaşma proseslərinin dəstəklənməsi sabitliyə töhfəverə, yeni imkanlar yarada və daha geniş qlobalqeyri-müəyyənliklərin aradan qaldırılmasına kömək edə bilər.

Qurumda həmçinin vurğulanıb ki, Avropa İttifaqı üst-üstə düşəngeosiyasi və iqtisadi böhranları nəzərə alaraq öz strategiyasınıtəkmilləşdirməli, eyni zamanda əsas dəyərlərinə - demokratiya,insan hüquqları və hüququn aliliyinə sadiq qalmalıdır.

"Xarici siyasətin effektivliyinin artırılması xüsusi əhəmiyyətkəsb edir. Bu, ilk növbədə daha sürətli koordinasiya, “Team Europe”yanaşması çərçivəsində vahid fəaliyyət, eləcə də təmsilçiliyingücləndirilməsi, o cümlədən Rusiyanın Ukraynaya qarşı apardığıtəcavüzkar müharibənin dayandırılması istiqamətində səylərkontekstində Aİ-nin xüsusi baş danışıqçısının təyin edilməsihesabına mümkündür. Eyni zamanda, Aİ birtərəfli addımlara meyllərinartmasına baxmayaraq, çoxtərəfli beynəlxalq sistemi dəstəkləməyə vəmodernləşdirməyə davam etməlidir", – Nazirlikdən əlavə edilib.

Qurumun fikrincə, regional münaqişələrin iqtisadiyyat vətəhlükəsizlik sahələrində təsirlərini yumşaltmaq üçün Avropayaçoxsəviyyəli yanaşma lazımdır. Bu yanaşma qonşu regionlardasabitliyin və inkişafın gücləndirilməsini, yaxın ərazilərdədayanıqlı tərəfdaşlıqların qurulmasını, eləcə də eyni dəyərləribölüşən qlobal tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsini əhatəetməlidir.

Məqalədə:
Chosen
25
az.trend.az

1Sources