EN

2026-cı ilin ən nüfuzlu şəxsləri - SİYAHI

"Time" jurnalının versiyasına görə, müxtəlif sahələri təmsil edən onlarla ictimai xadim, o cümlədən ABŞ prezidenti Donald Tramp, Roma Papası XIV Leo, aktyor Benisio del Toro, bloger MrBeast (Cimmi Donaldson), aktyor və rejissor Ben Stiller, həmçinin fiqurlu konkisürən Alisa Lyu 2026-cı ilin ən nüfuzlu insanları seçiliblər.

Musavat.com xəbər verir ki, ənənəvi siyahı altı əsas bölməyə - "Sənətçilər", "Pionerlər", "Titanlar", "İkonalar", "Liderlər" və "İnnovatorlar" kateqoriyalarına bölünüb.

"Liderlər" bölməsində Tramp və Roma Papası ilə yanaşı, Meksika prezidenti Klaudiya Şeynbaum, ABŞ Dövlət katibi Marko Rubio, Kanadanın baş naziri Mark Karni, İsrailin baş naziri Benyamin Netanyahu, Kaliforniya qubernatoru Gevin Nyusom, MAQATE rəhbəri Rafael Qrossi və ÇXR sədri Si Cinpin kimi simalar yer alıb.

Bəzi siyasətçilər bu siyahıya artıq neçənci dəfədir daxil olurlar. Məsələn, "The Times of Israel" nəşri qeyd edir ki, Netanyahu artıq beşinci dəfədir bu reytinqdə qərarlaşır. Tramp və Si Cinpin də jurnalın ən nüfuzlu şəxslər siyahısında mütəmadi olaraq yer alan liderlərdəndir.

Sənət dünyasından isə ifaçı Lyuk Kombs, aktrisalar Dakota Conson və Reya Sihorn, həmçinin aktyor Conatan Qroff ən nüfuzlu sənətçilər hesab ediliblər.

"Pionerlər" bölməsində amerikalı astronavt Rid Uaysmen, "The Walt Disney Company"nin rəhbəri Coş D’Amaro və məşhur şef-povar Nensi Silvertonun adları çəkilir.

Musavat.com

Chosen
13
3
musavat.com

4Sources