EN

95 faiz insan bu virusa yoluxub: Alimlər dayandırmağın yolunu tapdılar

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Alimlər bəşəriyyətin böyük hissəsində rast gəlinən Epşteyn-Barr virusuna (EBV) qarşı effektiv qorunma üsulu hazırlayıblar. Tədqiqatlar nəticəsində əldə edilən xüsusi antitellər sınaq modelində virusun yayılmasını tamamilə dayandırmağa imkan verib.Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Cell Reports Medicine" jurnalında dərc olunub.tədqiqat zamanı insan antitelləri istehsal edə bilən xüsusi siçanlardan istifadə olunub. Bu yolla yaradılan monoklonal antitellər virusun immunitet hüceyrələrinə daxil olmasının qarşısını alır. Epşteyn-Barr virusu insanın demək olar ki bütün B-hüceyrələri ilə birləşə bildiyi üçün immun sisteminə qarşı olduqca dözümlüdür. Lakin alimlər virusun hüceyrəyə yapışmasını təmin edən "gp350" və içəri daxil olmasına şərait yaradan "gp42" zülallarını hədəf alıblar. Sınaqlar zamanı əldə edilən antitellərdən biri virusun orqanizmdə yayılmasının tamamilə qarşısını alıb. Digər nümunələr isə qismən qorunma təmin edib.İnsanların əksəriyyəti bu virusa hələ uşaq yaşlarında yoluxur. Xəstəlik çox vaxt simptomsuz keçsə də gələcəkdə xərçəng, neyrodegenerativ pozuntular və xroniki iltihabi proseslərin yaranmasına səbəb ola bilir. Virus xüsusilə orqan köçürülməsi əməliyyatı keçirmiş xəstələr üçün ciddi təhlükə yaradır. Çünki immuniteti zəifləyən şəxslərdə virus yenidən aktivləşərək ağır fəsadlar törədir.Hazırda bu infeksiyaya qarşı spesifik bir profilaktika üsulu yoxdur. Mütəxəssislər hesab edirlər ki gələcəkdə bu antitellər risk qrupundakı xəstələrdə yoluxmanın qarşısını almaq üçün istifadə edilə bilər. Növbəti mərhələdə yeni metodun insanlar üzərində təhlükəsizliyi və effektivliyi yoxlanılacaq. Praktiki tətbiq üçün müəyyən vaxt tələb olunsa da bu nəticə qlobal virusla mübarizədə mühüm addım hesab olunur.Yəni demək olar ki, hamımızın daşıdığı və gələcəkdə ağır xəstəliklərə yol aça bilən bu virusu dondurmaq və təsirsiz hala gətirmək üçün artıq konkret tibbi həll yolu tapılıb.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
demokrat.az

1Sources