EN

Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO

Çində süni intellekt vasitəsilə vəfat etmiş insanların “rəqəmsal surətini” yaratmaq artıq real xidmətə çevrilir.

Musavat.com xəbər verir ki, bu texnologiya köhnə fotoşəkillər, videolar, səs yazıları və hətta yazışmalar əsasında insanın səsinə, mimikasına və davranışına maksimum yaxın virtual model qurur. 

Hazırlanan “rəqəmsal insan” yaxınları ilə sanki ünsiyyət qururmuş kimi danışa, cavab verə və müəyyən reaksiyalar göstərə bilir. Bu üsul təkcə insanlara yox, ev heyvanlarına da tətbiq olunur.

Psixoloqlar bildirir ki, bu texnologiya iki fərqli təsir yarada bilər. Bəzi insanlar üçün itki ilə barışma prosesini yüngülləşdirə bilər, digərləri üçün isə emosional asılılıq və reallıqdan uzaqlaşma riski yaradır.

 

Musavat.com

Chosen
35
musavat.com

1Sources