EN

13 yaşlı qıza 109 ittiham irəli sürüldü

Avstraliyada 13 yaşlı qızın adı kriminal hadisələr zəncirində hallanıb.

Musavat.com xəbər verir ki, yeniyetməyə ümumilikdə 109 epizod üzrə ittiham irəli sürülüb.

İstintaq materiallarına əsasən, qız 74 gün ərzində mütəmadi olaraq cinayətlər törədib və orta hesabla gündə 1,45 hüquq pozuntusuna yol verib. Ona qarşı irəli sürülən ittihamlar arasında oğurluq, evlərə qanunsuz daxilolma və avtomobil qaçırma halları var.

Hadisələrdən birində yeniyetmənin qaçırılmış avtomobillə bir nəfəri vurduğu bildirilir. Məlumata görə, o, hadisə zamanı antisemit məzmunlu ifadələr səsləndirib.

Məhkəmə onun zaminə buraxılması ilə bağlı müraciəti rədd edib. Hakim qərarında qeyd edib ki, cəmiyyət üçün risk son dərəcə böyükdür.

İstintaq həmçinin ortaya çıxarıb ki, yeniyetmə internetdə “insanı vurmağa görə cəza nədir” və “yəhudilərin yaşadığı yerlər” kimi məlumatları axtarıb.

 

Musavat.com

Chosen
71
musavat.com

1Sources