EN

Rutte: Belçika Ukraynaya 1,1 milyard avro dəyərində hərbi yardım ayırıb

Bakı, 17 aprel, AZƏRTAC

Belçika Ukraynaya 1,1 milyard avro dəyərində yeni hərbi yardım paketi ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Çexiyaya səfəri çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.

“Dünən Berlində Ukrayna üzrə könüllülər koalisiyasının iclasında bir sıra NATO ölkələri Kiyevə yeni yardım paketləri elan etdilər. Belçika da 1,1 milyard avro ayırdığını açıqladı”, – deyə o bildirib.

Rutte bu yardımın Ukraynaya nə vaxt göndəriləcəyini dəqiqləşdirməyib.

Chosen
17
7
azertag.az

9Sources