EN

Türkiyədə DƏHŞƏTLİ QƏZA: Əyləci tutmayan yük maşını avtomobilləri ƏZDİ – VİDEO

Kırşehir’də yük maşını mikroavtobus və minik avtomobilinin üzərinə aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Kırşehir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumatlara görə, əyləc sistemi sıradan çıxan yük maşını svetoforun qırmızı işığında gözləyən mikroavtobusa çırpılıb, daha sonra isə minik avtomobilinin üzərinə aşıb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
48
interpress.az

1Sources