EN

Hakan Fidan Şərif və İshaq Darla görüşdü

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında Antalyada görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

Görüşdə Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar da iştirak edib.

Görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, Şərif və İshaq Dar 17-19 aprel tarixləri aralığında baş tutacaq 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək məqsədilə Türkiyədə səfərdədirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
2
axar.az

10Sources