EN

KATV 1 də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yaşayan sakinlər artıq 2 saatdan çoxdur ki, KATV-1 kabel televiziya şirkətinin internet xidmətində yaranan problem səbəbilə çətinlik yaşayırlar.

Sakinlərin sözlərinə görə, internet tamamilə kəsilib və hazırda istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətlə əlaqə saxlamaq cəhdləri isə nəticəsiz qalıb - nə telefon zənglərinə cavab verilir, nə də "WhatsApp” üzərindən göndərilən mesajlara reaksiya var.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb, çünki şirkətin əlaqə xətləri uzun müddətdir məşğuldur.

Sakinlər problemin tez bir zamanda aradan qaldırılmasını və məsul qurumun açıqlama verməsini gözləyirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
azxeber.com

1Sources