Hakerlərin ölkənin ən yüksək hərbi qurumu olan Yunanıstan Baş Qərargahına məxsus 27 elektron poçt hesabına sızdığı ortaya çıxıb.Metbuat.az xəbər verir ki, oğurlanmış hesablar arasında Yunanıstanın Hindistan və Bosniya və Herseqovinadakı hərbi attaşelərinin hesabları da var. “Reuters” agentliyinin məlumatına görə, Britaniya və ABŞ tədqiqatçıları hakerlərin təsadüfən məlumatları internetdə açıq qoymasından sonra sızmanı aşkar edib. Hücumun Rusiya hərbi kəşfiyyatı ilə əlaqəsi olduğu irəli sürülən "Fancy Bear" kiber casusluq qrupu tərəfindən həyata keçirildiyi iddia edilir. Lakin Rusiya iddiaları rədd edib.