EN

Tramp: İsrail və Livan liderləri arasında görüş 1-2 həftə ərzində ABŞ-də baş tuta bilər - YENİLƏNİB-2

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında liderlər səviyyəsində birbaşa danışıqların bir və ya iki həftə ərzində Vaşinqtonda baş tuta biləcəyini ehtimal edib.

"Far.Az" xəbər verir ki, bu barədə o, Ağ evin qarşısında jurnalistlərə deyib.

"Növbəti bir və ya iki həftə ərzində", - deyə o, İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun görüşünün ehtimal olunan tarixi ilə bağlı suala cavab verib.

"Onlar görüşəcəklər. Çox güman ki, dörd və ya beş gün ərzində Ağ evə gələcəklər", - Tramp deyib.

Onun sözlərinə görə, bu, son onilliklər ərzində bu cür ilk təmas olacaq. "Bunun Livan və İsraillə bağlı işə yarayacağına dair, həqiqətən, yaxşı şans var. Çox da uzaq olmayan gələcəkdə məhz burada görüşnə şansı var", - deyə o əlavə edib.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Cozef Aunu birbaşa danışıqlar aparmaq üçün Ağ Evə dəvət edib.

"Far.Az" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.

"Əvvəl yayılmış bəyanatın davamı olaraq, mən İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Cozef Aunu İsrail və Livan arasında 1983-cü ildən bəri ilk məzmunlu danışıqların keçirilməsi üçün Ağ Evə dəvət edirəm", - paylaşımda bildirilib.

ABŞ liderinin sözlərinə görə, hər iki tərəf sülhün əldə olunmasında maraqlıdır və danışıqlar prosesinin sürətlə irəliləyəcəyinə ümid edirlər.

ABŞ Prezidenti Donald Tramp sabah Livan və İsrailin liderlər səviyyəsində danışıqlar aparacağını bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"İsrail və Livan arasında gərginliyi bir az azaltmağa çalışırıq. Liderlərin görüşündən uzun müddət keçib - təxminən 34 il. Bu, sabah baş tutacaq. Əla!" - o yazıb.

Daha əvvəl Tramp Livan Prezidenti Cozef Aunla telefon danışığı aparıb. Tərəflər Livan və İsrail arasında tezliklə atəşkəsin əldə olunması imkanını müzakirə ediblər.

Chosen
2
1
far.az

10Sources