EN

"Real Madrid"də Kamavinqa kabusu: Gənc ulduzla yollar ayrılır?

"Real Madrid"in gənc istedadı Eduardo Kamavinqa üçün son 12 ay kabus kimi keçir.

Fanat.Az xəbər verir ki, zədələrdən əziyyət çəkən və əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçinin performansı rəhbərliyi məyus edib.

Çempionlar Liqasının son oyununda "Bayern"ə qarşı qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyan futbolçu artıq satış siyahısına salınıb.

Məlumata görə, "Kral Klubu" bu yay gələn təklifləri dəyərləndirməyə hazırdır. Kamavinqa ilə Səudiyyə Ərəbistanı və Premyer Liqa klublarının maraqlandığı qeyd olunur.

Chosen
22
1
fanat.az

2Sources