EN

Avtobus uçuruma yuvarlanaraq yandı: 14 ölü, xeyli yaralı var

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Ekvadorun cənubunda avtobusun uçuruma yuvarlanması nəticəsində azı 14 nəfər ölüb.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, nəqliyyat vasitəsi dərəyə yuvarlandıqdan sonra yanğın baş verib.

Hadisə zamanı daha 29 nəfərin xəsarət aldığı bildirilir. Xilasetmə qüvvələri qəzanın digər qurbanlarının axtarışını davam etdirirlər. Avtobusun neçə sərnişini daşıdığı dəqiq məlum deyil.

Xəbərdə bildirilir ki, yol-nəqliyyat hadisələri Ekvadorda ölüm hallarının əsas səbəblərindən biri olaraq qalır. Keçən il ölkədə təxminən 2 min nəfər qəzada həlak olub. Bununla yanaşı, 2023-cü ildə yol-nəqliyyat hadisələri nəticəsində rekord sayda - 2 373 ölüm halı qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
avtosfer.az

1Sources