EN

Rusiyada cinayətkar polisləri güllələdi - FOTO

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Orenburq vilayətində şübhəlinin saxlanılması zamanı baş verən atışma nəticəsində bir polis əməkdaşı həlak olub, üç nəfər isə yaralanıb.

Hafta.az xəbər verir ki, hadisə Novotroitsk yaxınlığındakı Akkermanovka qəsəbəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan şəxsi saxlamağa cəhd göstərərkən, o, polis əməkdaşlarına atəş açıb. Məlumata görə, atəş açan şəxs 52 yaşlı Sergey Basalayev olub. Hücumdan sonra o, yük avtomobili ilə hadisə yerindən qaçıb.

Şübhəlinin axtarışı başlayıb.

Chosen
12
5
hafta.az

6Sources