EN

İlk qadın baş məşqçi oldu -

Almaniya futbolunda diqqət çəkən hadisə baş verib. Metbuat.az xəbər verir ki, “Union Berlin” klubu tarixi qərar qəbul edib. Məlumata görə, komandanın baş məşqçi postuna Marie-Louise Eta təyin olunub. O, bununla da Bundesliqada kişi komandasında işləyən ilk qadın baş məşqçi kimi tarixə düşüb.

Qeyd olunur ki, klub rəhbərliyi bu qərarla həm yeni yanaşma gətirmək, həm də komandada fərqli futbol fəlsəfəsi qurmaq niyyətindədir. Mütəxəssisin əsas məqsədi isə nəticədən çox, sabit və sistemli oyun formalaşdırmaqdır.

Chosen
3
8
metbuat.az

9Sources