EN

“Gününsəsi” öz sanbalı ilə seçilən media subyektidir PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Onun haqqında dost kimi deyil, peşəsinin vurğunu, istedad və məsuliyyətin vəhdətində jurnalist püxtəliyinin zirvəsində dayanan əsl qələm adamı kimi yazmaq daha doğru olar.

Pərviz Həşimli nədən və kimdən yazmasından asılı olmayaraq, heç vaxt ədalət və tərəfsizlik hissindən bir qətrə də uzaq düşmür. Mənən zəngin, daxilən humanist və eyni zamanda prinsipial mövqeyi ilə seçilən Pərviz Həşimli çağdaş jurnalistikamızda sözün çəkisini mənasız cızmaqaralardan üstün tutan qələm sahibidir.

Həyat yolunda olduğu kimi, peşə fəaliyyətində də çoxsaylı keçməkeşlərə sinə gərmiş Pərviz özünü təsdiq etmək, daha doğrusu, bugünkü mövqeyinə çatmaq üçün böyük məhrumiyyətlərə dözümlə sinə gərmişdir. Hansı çətin şəraitlə üzləşməsindən asılı olmayaraq, o, hər situasiyadan üzüağ çıxmış, bir an belə haqqı nahaq ayağına verməmişdir.

Pərviz Həşimlinin jurnalist fəaliyyətinin son 10 ili təsisçisi olduğu “Günün Səsi” media portalı ilə bağlıdır. İctimai-siyasi sferada “Günün Səsi” öz sanbalı ilə seçilən informasiya resursudur. Operativlik və qərəzsizlik bu platformanın əsas prinsipinə çevrilməsi heç də təsadüfi deyil. Nüfuzlu xəbər portalı məhz Pərviz Həşimlinin peşə etikasına sadiqliyinin bariz nümunəsidir. Onun rəhbərlik etdiyi media qurumu ən maraqlı və aktual xəbərləri yayımlayarkən belə dəqiqliyi və məsuliyyəti daim qoruyur. Burada mübahisə doğura biləcək ifadələrə, yoxlanılmamış informasiyaya yer verilmir.

Onun kollektiv qarşısında qoyduğu əsas tələb sadə, lakin prinsipialdır: jurnalist peşəsinə xəyanət etməmək. Necə ki, Pərviz Həşimli özü gənclik illərindən qələmi ədalətin rəmzi, müqəddəs bir məsuliyyət kimi qəbul etmişdir.

Bu günlərdə Pərviz Həşimlinin rəhbərlik etdiyi “Günün Səsi” media portalının fəaliyyətə başlamasının 10 ili tamam olur. Bu münasibətlə dəyərli jurnalisti təbrik edir, ona və kollektivinə yeni-yeni uğurlar arzulayıram!

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
icma.az

1Sources