EN

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın152-ci Assambleyasının iclasında çıxış edib. Azərbaycanparlamentinin spikeri çıxışında bu gün dünyada artanqeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyinartdığını, böhranların dərinləşdiyini və bərabərsizlikləringenişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bumeyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. Ocümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunuvə təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdəAssambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktualolduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv vəməsuliyyətli şəkildə hərəkət etməyə çağırır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə bildirilib ki, mövcud çatışmazlıqlar fonundaçoxtərəfliliyin vacib rolunu diqqətə çatdıran spiker SahibəQafarova bu məqamda beynəlxalq hüquqa hörmətin, onunla bağlı dahagüclü öhdəliklərin götürülməsinin tələb olunduğunu bildirib. Onunsözlərinə görə, parlament üzvləri sülhü təşviq etməli, ədalətiqorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əksolunmasını təmin etməlidir. Milli Məclisin sədri bu kontekstdəParlamentlərarası İttifaqın rolunu xüsusilə vurğulayıb. Bildirilibki, Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin dahagüclü eşidilməsində böyük rol oynayır. Ortaq ideallara sarsılmazsədaqət nümayiş etdirən Parlamentlərarası İttifaq, parlamentləriirəli aparan məqsəd və arzuların həyata keçirilməsi üçünparlamentariləri bir araya gətirir.

Çıxışında Assambleyanın gənclərə yönəlmiş diqqətini xüsusi qeydvə təqdir edən Sahibə Qafarova deyib ki, bu, həm vaxtında, həm dəolduqca vacibdir. Çünki gənclər yalnız siyasətdən faydalanmırlar,onlar həm də dəyişikliklərin fəal iştirakçılarıdır. Parlamentüzvlərinin məsuliyyəti onların səslərinin eşidilməsini,potensiallarının reallaşmasını və iştiraklarının effektiv olmasınıtəmin etməkdir. O, bu baxımdan, 2024-cü ildə qəbul edilmişBirləşmiş Millətlər Təşkilatının Gələcək nəsillər haqqındaBəyannaməsinin xüsusi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, busənəd inklüziv və irəliyə yönəlmiş, davamlı inkişafa xidmət edənsiyasətlərin həyata keçirilməsinə çağırır.

Milli Məclisin sədri çıxışında tədbir iştirakçılarınaAzərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələribarədə də məlumat verib. O, bu sahənin ölkəmizdə prioritet təşkiletdiyini qeyd edərək, deyib ki, bu məqsədlə Azərbaycan parlamentitərəfindən “Gənclər siyasəti haqqında” Qanun da daxil olmaqla,geniş qanunvericilik və institusional çərçivə yaradılıb. Ocümlədən, bildirilib ki, ölkəmizdə gəncləri dəstəkləmək üçünxaricdə təhsili asanlaşdıran təşəbbüslər, məşğulluğun təşviqi vəgənclərin dövlət idarəçiliyində iştirakının gücləndirilməsiistiqamətində çoxsaylı dövlət proqramları uğurla həyata keçirilib.“Yüksəliş” proqramı kimi təşəbbüslər gənclərin motivasiyası vəsəlahiyyətləndirilməsi baxımından xüsusilə effektiv olub.Azərbaycan həmçinin Gənclər Forumu, Könüllülər Forumu kimiplatformalar vasitəsilə gənclər arasında beynəlxalq əməkdaşlığıfəal şəkildə təşviq edir, həmrəyliyi gücləndirir və qlobalçağırışlara töhfə verməyə çalışır.

Bununla yanaşı, qeyd olunub ki, Azərbaycan Qoşulmama HərəkatınınGənclər Təşkilatı kimi təşəbbüslər, eləcə də Nizami GəncəviBeynəlxalq Mərkəzi tərəfindən Qlobal Bakı Forumu çərçivəsindətəşkil olunan “Gənclər danışsın, biz dinləyək” paneli kimiinnovativ platformalar vasitəsilə qlobal gənclər gündəliyinə töhfəverir. Milli Məclisin üzvləri Parlamentlərarası İttifaqın GəncParlamentarilər Forumu və Türk Dövlətləri Parlament AssambleyasınınGənc Parlamentarilər Qrupu çərçivəsində beynəlxalq əməkdaşlıqdafəal iştirak edirlər.

Milli Məclisin sədri çıxışında belə bir inamı ifadə edib ki,gənclərin səlahiyyətləndirilməsi, dayanıqlığın, innovasiyanın vəsülhün möhkəmləndirilməsi deməkdir və bu, gələcək nəsillər üçün ənmühüm mirasdır. Bu kontekstdə o, qeyd edib ki, Cənubi Qafqaztransformasiya dövrünə qədəm qoyur. Azərbaycan və Ermənistanarasında dialoqda əldə olunan irəliləyiş göstərir ki, həttauzunmüddətli münaqişələr belə siyasi iradə və beynəlxalq hüquqahörmət vasitəsilə həll oluna bilər. Bu çərçivədə parlamentdiplomatiyası da etimadın qurulmasında mühüm rol oynayır.

Sonda spiker Sahibə Qafarova bir daha qeyd edib ki, səylərimizəməkdaşlıq, dialoq və çoxtərəflilik prinsipləri iləistiqamətləndirilməlidir. Yalnız birgə fəaliyyət vasitəsilə dahasülhsevər və ədalətli dünya qurmaq mümkündür.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Chosen
52
18
az.trend.az

10Sources