EN

İran ABŞ hərbi gəmilərini vurmaqla hədələyir » AzadMedia.az


İranın Məsləhət Şurasının üzvü Mohsen Rezaei bildirib ki, İran raketləri ABŞ-ın hərbi gəmilərinə yönəlib.
Onun sözlərinə görə, lazım gələrsə, İran ordusu Fars körfəzindəki bütün ABŞ hərbi gəmilərini məhv edə bilər: “Raket qurğularımız hazırdır və heç kim bizdən qaça bilməyəcək”.
Rezaei həmçinin deyib ki, Tehran atəşkəsin uzadılmasında maraqlı deyil və təzyiqi artırmaq niyyətindədir.
Qeyd olunur ki, ABŞ və İran yaxın günlərdə danışıqlar aparmağı planlaşdırır və bu prosesdə Pakistan vasitəçi ola bilər.
Chosen
17
1
azadmedia.az

2Sources