EN

İngiltərədən Almaniyaya üz tutmaq şansı var

Entoni Qordon yayda İngiltərəni tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, “Bavariya” rəhbərliyi “Nyukasl”ın hücumçusunu yayda transfer etməyi planlaşdırır. “Sky Sport Germany”nin məlumatına görə, İngiltərə klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bir neçə əsas futbolçunu, o cümlədən Qordonu satmağa məcbur qala bilər.

Entoni “Arsenal” və “Liverpul” da maraqlanır. Lakin Münhen klubu bu transferdə daha aktiv mövqe sərgiləyir və artıq qarşı tərəflə ilkin danışıqlara başlayıb.

Chosen
28
1
football-plus.az

2Sources