EN

Maşınların təkərləri partlayır, diskləri əyilir Zabrat yolunda təhlükəli vəziyyət VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki Zabrat yolu, şəhər şosesi, Ramana döngəsindəki yoldan şikayət var. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a müraciət daxil olub. Şikayətdə qeyd olunub ki, yol örtüyündə çoxsaylı çökəkliklər var. Sürücülərin sözlərinə görə, ərazidə asfalt örtüyü deformasiyaya uğrayıb. Yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinə ziyan vurur, çökəklərə düşən avtomobillərin təkərləri partlayır, diskləri əyilir. Sürücülər bildirir ki, xüsusilə gecə saatlarında və intensiv hərəkət zamanı bu hissədən keçmək daha təhlükəli olur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources