EN

İtaliyalı mütəxəssis Avropa nəhənglərinin hədəfində

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bolonya”nın baş məşqçisi Vinçenzo İtalyano karyerasını daha iddialı klubda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssisə əsas maraq “Napoli” tərəfindən göstərilir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Xəbərdə Neapol təmsilçisinin italiyalı çalışdırıcını uzun müddətdir izlədiyi və onu komandanın sükanı arxasında görmək istədiyi qeyd olunub.

Bununla yanaşı, “Milan” və İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut” da İtalyanonun fəaliyyətini diqqətdə saxlayır.

Qeyd edək ki, Vinçenzo İtalyano “Bolonya”ya 2024-cü ildən rəhbərlik edir.

"Yuventus"un futbolçusu mövsümü erkən başa vurdu

Kamavinqanın "qələmi qırıldı": HARA GEDƏCƏK?

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

ÇL: Həftənin futbolçusu adına namizədlər

Nəriman 90 dəqiqə oynadı, "Kolumbus" qələbə qazandı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
1
apasport.az

2Sources