EN

Polşa da Ukraynaya qarşıdır

Polşa xarici işlər naziri Radoslav Sikorski Varşavanın Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş qoşulması ideyasını dəstəkləmədiyini bildirib. 

O, bunu Ukraynanın AB-yə sürətləndirilmiş inteqrasiyasına qarşı çıxan macar siyasətçisi Peter Madyarın mövqeyini şərh edərkən bildirib. Sikorskinin sözlərinə görə, Polşa da bu fikri bölüşür və Ukraynanın tam üzvlük prosedurundan keçməli olduğuna inanır. “O, bizim mövqeyimizin də belə olduğunu deyir. Avropa Komissiyası sürətləndirilmiş üzvlük ideyasını irəli sürüb. Bu, baş verməyəcək”, – deyə nazir bildirib. O, bütün namizəd ölkələrin eyni qaydalara riayət etməli olduğunu vurğulayıb: “Biz inanırıq ki, Ukrayna bütün şərtləri yerinə yetirməlidir, necə ki, biz etmişik”.

Polşa xarici işlər naziri həmçinin Ukraynanın danışıqların çətin mərhələləri ilə üzləşdiyi barədə xəbərdarlıq edib. “Və əlbəttə ki, danışıqların kənd təsərrüfatı və ya nəqliyyat kimi çətin hissələri olacaq”, – deyə o qeyd edib.

//Samir Qurbanov, Editor.az

Chosen
28
editor.az

1Sources