EN

Rövşən Nəcəf Aşqabadda konfransda iştirak etdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Aşqabad şəhərində keçirilən "Türkmənistan – Çin Xalq Respublikası: qaz sahəsində strateji tərəfdaşlığın 20 ili" mövzusunda elmi-praktiki konfransda iştirak edib.Metbuat.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında yazıb. "Konfrans çərçivəsində qaz sektorunun inkişaf perspektivləri, enerji təhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıq imkanları üzrə maraqlı fikir mübadiləsi aparılıb", - R. Nəcəf bildirib.

Chosen
24
3
metbuat.az

6Sources