Rusiyanın NATO-nun dayanıqlığını yoxlamaq niyyətində olduğu bildirilir.
Publika.az "Times" nəşrinə istinadla xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Klasson bəyanat verib.
Hərbçinin sözlərinə əsasən, ölkəsi Moskvanın istənilən an Baltik dənizindəki adalardan birini nəzarətə götürməklə alyansı sınağa çəkə biləcəyinə hazırlaşır. O qeyd edib ki, belə bir əməliyyat Ukraynadakı münaqişə başa çatdıqdan sonra həyata keçirilə bilər.
Aprelin 16-da məlum olub ki, NATO Finlandiya ərazisində Rusiya ilə silahlı münaqişə ssenarilərinin işlənilməsinə yönəlmiş təlimlər keçirir.