EN

Zəhra, Yusif qalır, Melisa gəlir - Azərbaycan ailələri niyə xariciləşir? ŞOK REAKSİYALAR

Son illər Azərbaycanda ad seçimi ilə bağlı maraqlı və düşündürücü bir tendensiya müşahidə olunur. Statistikaya görə, “Uğur”, “Zəhra”, “Yusif” kimi adlar son 5 ilin ən populyar adları sırasında yer alır və gənc ailələr övladlarına daha çox bu adları verməyə üstünlük verirlər. Bununla yanaşı, “Melisa”, “Miran”, “Raul” kimi xarici mənşəli adlar da ikinci sırada qərarlaşıb.

Bu məsələ cəmiyyətdə müzakirə obyektinə çevrilib. Əksəriyyət hesab edir ki, dilimizi necə qoruyuruqsa, milli adlarımızı da eyni həssaslıqla qorumaq vacibdir.

Bəs niyə əcnəbi adlara daha çox üstünlük verilməyə başlayıb? Milli adlarımız niyə populyarlaşa bilmir?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Chosen
28
musavat.com

1Sources