EN

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi prosesi davam edirVİDEO

Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsində aktivlik qalmaqdadır. 

Xezerxeber.az-ın məlumatına görə, sürüşmə nəticəsində Qonaqkənd istiqamətində nəqliyyat əlaqəsi məhdudlaşıb, kommunikasiya xətləri zədələnib.

Hazırda vəziyyət nəzarətdə saxlanılır. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Hadisə yerinə baş çəkib.

Yolda tədqiqat işləri aparılarkən vətəndaşların istifadəsi üçün alternativ yol çəkilib.

Qeyd edilib ki, sürüşmə prosesi hazırda da davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
39
xezerxeber.az

1Sources