EN

İrlandiyada yanacaq qiymətlərinin artmasına qarşı etirazlar bürüyüb

Bakı. Trend:

İrlandiyada yanacaq qiymətlərinin artmasına qarşı etirazlar1920-ci illərdə Cənubi İrlandiya dövlətinin yaranmasından bəri“bəlkə də ən ciddi üsyan” kimi xarakterizə edilib.

Trend xəbər verir ki, bubarədə ölkənin yerli mediası məlumat yayıb.

Məlumata görə,

İrlandiyada bazar ertəsindən bəri benzin və ya dizel nəqliyyatvasitələrindən istifadə edən kənd təsərrüfatı podratçıları və yükdaşıyıcıları yollarda “yavaş hərəkət edən” karvanlar təşkil edir vəlimanları da əhatə edən infrastrukturu bağlayırlar.

Getdikcə artan etiraz nümayişləri Fransadakı “Sarı jiletlilər”hərəkatı və hökumətin 2018-ci ildə və 2019-cu ilin əvvəlində təklifetdiyi dizel vergisinin artırılması ilə bağlı uzun sürən qarşıdurmailə müqayisə edilib.

Kork qraflığında yerləşən Uaytqeyt yaxınlığındakı İrlandiyanınyeganə neft emalı zavodu da yanacaq qiymətlərinin artmasına qarşıetirazlardan təsirlənib. Dublin hökuməti etirazçıları dağıtmaq üçünordu göndərib və bir neçə yerdə həbslər aparılıb.

Həftəsonu İrlandiyadakı yanacaqdoldurma məntəqələrinin təxminən40 faizi boş idi və bir neçə yüz nəqliyyat vasitəsi benzinsizqalıb.

Chosen
53
az.trend.az

1Sources