EN

Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yol hərəkəti qaydalarının pozulması qeydə alınıb.


Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Heydər Əliyev prospektində baş verib. 

Kadrlarda bir qrup piyadanın işıqforun qadağanedici siqnalına məhəl qoymadan nizamlanan piyada keçidindən istifadə etdiyi görünür. Bu isə yolda hərəkətin normal axınına maneə yaradıb və nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət formalaşdırıb.


Sürücülərdən biri vəziyyətə etiraz edərək, oxşar hallarla tez-tez rastlaşdığını bildirib. Görüntülərdə qayda pozan piyadalarla yanaşı, işıqforun yaşıl siqnalını gözləyən digər vətəndaşların da olduğu əks olunur.

Qeyd edək ki, həmin piyada keçidi bir müddətdir işıqforla tənzimlənir. Buna baxmayaraq, bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmədən keçiddən istifadə etməyə davam edirlər.


Chosen
16
1
ekologiya.az

2Sources