EN

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.

QOL.az xəbər verir ki, "Bavariya"nın fransalı vingeri Maykl Olise bu ada layiq görülüb.

Gənc hücumçu 1/4 final mərhələsinin cavab oyununda "Real"a qarşı keçirilən matçın (4:3) sonlarında həlledici qola imza ataraq komandasının qələbəsində və yarımfinala yüksəlməsində böyük pay sahibi olub. Futbolçu səsvermədə Usman Dembele (PSJ), Martin Zubimendi ("Arsenal") və Dani Olmonu ("Barselona") qabaqlayıb.

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının yarımfinalında Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Digər yarımfinal cütlüyündə isə London "Arsenal"ı Madrid "Atletiko"su ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.

Chosen
26
3
teleqraf.com

4Sources