EN

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq

Bakı. Trend:

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasıçərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyatakeçiriləcək.

Bu barədə Trend-ə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyətinəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılmasıplanlaşdırılır:
* Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağaBakıxanov küçəsinə qədər olan hissə);
* Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil RzaUlutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində,hissə-hissə);
* Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən AkimAbbasov küçəsinə qədər olan hissə);
* Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuliküçəsinə qədər olan hissə);
* Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

İşlərin icra tarixi və müddəti:
* 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək.

"Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeydolunan ərazilərdə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yolnişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildəəməl etmələri xahiş olunur", - qurumdan əlavə olunub.

Chosen
22
25
az.trend.az

10Sources