EN

I Liqa: Mingəçevir və Səbail dən qələbə, mərkəzi matçda qol səsi çıxmadı

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan I Liqasında XXII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 matç baş tutub.

Mərkəzi oyun Buzovnada reallaşıb. Lider "Şəfa" ən yaxın izləyicisi "Baku Sportinq"in qonağı olub. Matçda hesab açılmayıb.

Digər iddialılardan "Mingəçevir" "Difai"ni, "Səbail" isə autsayder "Şimal"ı üstələyib.

Qeyd edək ki, turun dünən baş tutan oyunlarında MOİK “Zaqatala”ya qalib (2:1) gəlib, “Şahdağ Qusar” – “Cəbrayıl” görüşündə heç-heçə (0:0) qeydə alınıb.

Azərbaycan I Liqası

XXII tur

16 aprel

“Baku Sportinq” – “Şəfa” 0:0

Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai” 2:1

Qollar: K.Kalunqa, 33. A.Usman, 90-pen. - K.Kamta, 49.

Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elman Musayev.

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail”– “Şimal” 4:0

Qollar: K.Quliyev, 1,58-pen,90-pen. P.Rikardo, 74.

Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

“Bayıl Arena”, 17:00.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
2
fanat.az

3Sources