EN

Bu ölkənin səfiri Rusiya XİN ə çağırıldı

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Meksikanın Moskvadakı səfiri Eduardo Villeqas Mexias Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya vətəndaşının qanunsuz saxlanılması ilə bağlı narahatlıqlar barədə məlumatlandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Zaxarova bildirib ki, Meksika hakimiyyətinin yetkinlik yaşına çatmayan Rusiya vətəndaşı Kristina Vladimirovna Romanova ilə bağlı vəziyyəti həll etmək üçün diplomatın fəaliyyətsizliyindən bir daha ciddi narahatlıq ifadə edilib.

Zaxarova xatırladıb ki, qız Meksika dövlət orqanları tərəfindən qapalı müəssisədə qanunsuz olaraq saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
axar.az

2Sources