“Son dövrlərdə regionda yaranan gərginlik fonunda Azərbaycanın ərazisindən keçən Şimal–Cənub nəqliyyat dəhlizi öz əhəmiyyətini bir daha sübut edib".
APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib.
“Gərgin vəziyyətə baxmayaraq, dəhliz fasiləsiz fəaliyyət göstərdi və bütün vəzifələrini yerinə yetirdi”, – o bildirib.
Şahin Mustafayev qeyd edib ki, bu, Azərbaycanın ümumi etibarlılığının göstəricisidir: “Bu kritik situasiyada ərazimizdən keçən dəhlizin dayanıqlılığı ölkəmizin etibarlılığını bir daha təsdiqlədi və bu, çox vacib idi”.