EN

Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə RENKİNQİ

Bakı. Trend:

Bu ilin I rübü üzrə Azərbaycanda fəaliyyət göstərən banklarınnizamnamə kapitalının həcmi açıqlanıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bankAzərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnaməkapitalının həcmi 1,281 milyard manat təşkil edib.

İkinci sırada 446,599 milyon manat nizamnamə kapitalı ilə "XalqBank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manatnizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.

Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku"olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkiledib.

Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyizaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunlamüəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətinhüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləriyerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.

Banklar

Nizamnamə Kapitalı (Min manat)

1

ABB

1,281,271,39

2

Xalq Bank

446,599,51

3

Yelo Bank

378,000,00

4

Pasha Bank

354,512,00

5

VTB Bank

315,815,00

6

Kapital Bank

265,850,00

7

Premium Bank

174,601,00

8

UniBank

138,200,39

9

AccessBank

121,750,00

10

Expressbank

112,545,00

11

Rabita Bank

101,300,08

12

Azer–Turk Bank

100,500,00

13

Turan Bank

100,006,00

14

Bank Respublika

73,961,09

15

Bank Melli Iran

73,611,17

16

Avrasiya Bank

71,800,00

17

AFB Bank

70,393,46

18

ZiraatBank

65,500,00

19

AzersenayeBank

60,000,00

20

YapikrediBank

55,380,70

21

Bank of Baku

52,870,00

Məqalədə:
Chosen
68
az.trend.az

1Sources