EN

QMİ sədri məktəblərə silahlı hücumlarla bağlı Türkiyəyə başsağlığı verib

BAKI, 16 aprel. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbul müftisi professor Safi Arpaquşa başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

Məktubda deyilir ki, son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisəsi bütövlükdə Azərbaycan xalqının kədərinə səbəb oldu.

"Ümid edirəm ki, qardaş Türkiyədə mövcud olan əmin-amanlığa xələl gətirən bu kimi hadisələr bir daha təkrarlanmayacaq.

Kədərinizi sizinlə bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, QafqazvəAzərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyirəm.
Allah yardımçınız olsun!" - məktubda qeyd olunub.

Chosen
7
7
teleqraf.com

10Sources