EN

Bakı və İrəvan arasında 35 ildən sonra ilk yaşandı Mühüm detallar

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycan 35 ildən sonra ilk dəfə Ermənistandan 960 ABŞ dolları dəyərində idxal həyata keçirib. Söhbət 2026-cı ilin mart ayından gedir. Həmin məhsulun Niderlanddan gətirilmiş qızılgül olduğu bəlli olub.

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, bu cür kiçik məbləğli əməliyyat daha çox simvolik, pilot və ya test xarakterlidir:

“Belə əməliyyatlar adətən gələcək iqtisadi əlaqələri yoxlamaq, gömrük və logistika kanallarının işləkliyini qiymətləndirmək məqsədi daşıyır. Ehtimallardan biri də nümunə və ya test məqsədli xammal idxalıdır. Ermənistanda dağ-mədən sektorunun inkişafı nəzərə alınarsa, mis, molibden və ya digər mineral nümunələrinin də kiçik həcmdə alınması mümkündür”.

Vüsalə Əhmədova

İqtisadçı bildirib ki, Ermənistandan qida və ya iri həcmli sənaye məhsullarının idxalı ehtimalı olduqca aşağıdır:

“Digər mümkün variant isə re-export (yenidən ixrac) əməliyyatıdır. Bu halda məhsul əslində üçüncü ölkəyə məxsus olur, lakin Ermənistan üzərindən daşındığı üçün idxal sənədlərində bu ölkədən gətirilmiş kimi qeyd olunur. 960 dollarlıq məbləğ isə daha çox sənədləşmə və ya formal əməliyyat dəyərini əks etdirə bilər”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
globalinfo.az

1Sources