EN

Türkiyədə müəllimlər aksiya keçirdi: təhsil nazirinin istefası tələb olunur

Türkiyədə müəllimlər aksiya keçirdi: təhsil nazirinin istefası tələb olunur

Türkiyənin müxtəlif bölgələrindən gələn minlərlə müəllim Ankarada Milli Təhsil Nazirliyinin binası qarşısında oturaq aksiya keçirərək nazir Yusuf Tekinin istefasını tələb edib.

AFN.az "Cumhuriyet" qəzetinə istinadən xəbər verir ki, etirazçılar hakimiyyəti iki məktəbdə baş verən atışma hadisələrindən sonra səhlənkarlıqda və təhsil müəssisələrində təhlükəsizliyi təmin edə bilməməkdə ittiham edirlər. Həmkarlar ittifaqlarının çağırışı ilə təşkil olunan aksiyada müəllimlər zorakılığa qarşı şüarlar səsləndirib və naziri hədəf alan plakatlar qaldırıblar.

Qeyd edək ki, aprelin 15-də Kahramanmaraşda 8-ci sinif şagirdinin məktəbə gətirdiyi odlu silahlarla atəş açması nəticəsində 10 nəfər həlak olub, 12 nəfər yaralanıb, hücum edən şəxs isə intihar edib. Bundan bir gün əvvəl isə Şanlıurfadakı bir liseydə keçmiş şagirdin açdığı atəş nəticəsində 16 nəfər yaralanıb.

Hadisələrdən sonra Türkiyə Daxili İşlər Nazirliyi məktəblərdə mühafizəni gücləndirərək hər təhsil ocağına azı iki polis əməkdaşı təhkim edib. Eyni zamanda Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkələrdə qorxu və təşviş yaradan paylaşımlar etdiklərinə görə 95 nəfərin saxlanıldığını bildirib.

Hazırda faktlarla bağlı prokurorluq tərəfindən genişmiqyaslı araşdırmalar davam etdirilir.

Chosen
20
afn.az

1Sources