EN

Tanınmış amerikalı investor vəfat edib

Bakı. Trend:

Amerikalı tanınmış investor Mark Mobius 89 yaşında vəfatedib.

Trend xəbər verirki, bu barədə onun “LinkedIn” səhifəsində dərc olunmuş məlumatdabildirilir.

“Məşhur investor və inkişaf etməkdə olan bazarlarainvestisiyalar sahəsində pioner olan Mark Mobius 15 aprel 2026-cıildə 89 yaşında vəfat edib”,- deyə məlumatda qeyd olunur.

Həmçinin vurğulanır ki, onun sahib olduğu “Mobius Investments”şirkətinin tərəfdaşları Con Niniya və Erik Nquyen rəhbərlikvəzifələrini üzərlərinə götürəcəklər.

“Şirkət investisiya yanaşmasında və gündəlik fəaliyyətində heçbir dəyişiklik olmadan fəaliyyətini davam etdirəcək”, – deyəməlumatda deyilir.

Mobius inkişaf etməkdə olan bazarlar üzrə ən tanınmışmütəxəssislərdən biri idi. O, uzun illər “Franklin Templeton”investisiya şirkətində inkişaf etməkdə olan bazarlar bölməsinərəhbərlik edib və Asiya, Latın Amerikası və Afrika ölkələrinəinvestisiyaların əsas təşviqçilərindən biri hesab olunurdu. Mobiusuzunmüddətli investisiya strategiyaları və yüksək volatilliyə malikbazarlarda aktiv fəaliyyəti ilə geniş şöhrət qazanmışdı.

Məqalədə:
Chosen
28
az.trend.az

1Sources