EN

“Mançester Siti” Bernardu Silvanın komandadan ayrılacağını açıqlayıb

Bakı, 16 aprel, AZƏRTAC

Portuqaliya millisinin futbolçusu Bernardu Silva cari mövsümün sonunda İngiltərənin “Mançester Siti” komandasını tərk edəcək.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yayda “şəhərlilər”lə vidalaşacaq.

Tərəflər mövsümün sonunda başa çatacaq müqavilənin müddətini yeniləməyəcək.

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Chosen
22
azertag.az

1Sources