EN

Vinçentso İtalyano yayda bu iki nəhəngdən birinə keçəcək - SON DURUM

"Bolonya"nın baş məşqçisi Vinçentso İtalyano A Seriyası nəhənglərinin diqqət mərkəzinə düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Napoli" 48 yaşlı mütəxəssislə ciddi maraqlanır. Neapol klubu ilə yanaşı, "Milan" da "Bolonya" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan İtalyanoya maraq göstərir.

Vinçentso İtalyano 2024-cü ildə "qırmızı-göylər"in baş məşqçisi vəzifəsini tutur. Komanda ötən mövsüm onun rəhbərliyi altında İtaliya Kubokunu qazanıb. Cari mövsümdə isə "Bolonya" 32 oyundan 48 xal toplayaraq Seriya A turnir cədvəlində 8-ci yerdədir. 

Chosen
6
1
fanat.az

2Sources