EN

Gənclər Kitabxanasının Hikmət Babaoğlunun 60 illik yubileyinə töhfəsi

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar jurnalist, siyasi elmlər doktoru, professor, millət vəkili Hikmət Babaoğlunun 60 illik yubileyi münasibətilə zəngin və çoxşaxəli elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.

525.az xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən hazırlanan bu elektron baza görkəmli ictimai-siyasi xadimin həyat və fəaliyyətinin geniş şəkildə öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Elektron məlumat bazasında Hikmət Babaoğlunun çoxillik fəaliyyəti müxtəlif istiqamətlər üzrə sistemli şəkildə təqdim edilir.

Resursda professorun həyat və fəaliyyətinin əsas mərhələlərini əks etdirən xronologiya, layiq görüldüyü mükafatları, elmi və publisistik yaradıcılığı, fikirlərindən seçilmiş sitatlar yer alır. Bununla yanaşı, onun müəllifi olduğu kitablar, redaktə etdiyi nəşrlər, elmi məqalələri, eləcə də türk, ingilis və rus dillərində çap olunan materialları istifadəçilərə təqdim olunur.

Elektron bazada Hikmət Babaoğlunun ictimai-siyasi baxışlarını əks etdirən fikirləri, müxtəlif dövrlərdə verdiyi müsahibələr, dissertasiya və avtoreferatlar, həmçinin onun haqqında qələmə alınmış məqalələr də öz əksini tapır. Bu isə tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün əhəmiyyətli informasiya mənbəyi rolunu oynayır.

Elektron məlumat bazasında dəyərli professora həsr edilən “Əqidə və mənəviyyat adamı” və “Həmişə kəndimizi yuxumda görürəm” adlı məqalələrin tam mətnləri də təqdim edilir.

Bununla yanaşı, “Foto və videoqalereya” bölmələri vasitəsilə professorun müxtəlif dövrlərə aid vizual materialları təqdim edilir, “Virtual sərgi” bölməsi isə onun yaradıcılığını daha əhatəli şəkildə nümayiş etdirir.

Hazırlanan bu elektron məlumat bazası yalnız yubiley xarakteri daşımır, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan ziyalıların irsinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.

“Siyasi xadim, professor Hikmət Babaoğlu  60” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Hikmet_Babaoglu_el_melumat_bazasi/index.html yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
525.az

1Sources