EN

Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi

Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş təsnifatın “Siyasi elmlər” (bölmə 59) hissəsində redaktə aparılıb. Belə ki, bu bölmədəki “Davamlı inkişafın idarə edilməsi” ixtisasının adı bundan sonra daha yığcam və əhatəli şəkildə — “Davamlı inkişaf” kimi qeyd olunacaq.

Chosen
13
3
teleqraf.com

6Sources