EN

KİV: Livan Prezidenti Netanyahu ilə telefon danışığı aparmayacağını bildirib

Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmayacaq.

Moderator.az xəbər verir ki, “LBCI”nin verdiyi məlumata görə, Aun ABŞ-ın Dövlət katibi Marko Rubio ilə telefon danışığında bu məsələyə toxunub.

O, Netanyahu ilə danışmayacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderləri arasında telefon danışığı olacağını bəyan edib.

Chosen
4
3
moderator.az

4Sources