EN

Bu ölkənin prezidentinə sui-qəsd OLUNDU

Ajans.az xəbər verir ki, Prezident Aparatının Kommunikasiyalar üzrə direktoru Harri Loran Rahadzason bildirib ki, gecə saatlarında prezident Mikael Randrianirinaya və onun həyat yoldaşının yaşadığı iqamətgahın üzərində beş pilotsuz uçuş aparatı müşahidə olunub. Onun sözlərinə görə, elektron müharibə sistemləri işə salındıqdan sonra dronlar ərazini tərk edib. İlkin ehtimallara əsasən, pilotsuz aparatların müşahidə məqsədilə istifadə edildiyi güman olunur.

Hadisə ilə bağlı araşdırma aparılır. Rəsmi nümayəndə həmçinin parlament də daxil olmaqla digər dövlət qurumlarına qarşı mümkün təhdidlərin istisna edilmədiyini qeyd edib.

Chosen
2
2
Ajans.az

3Sources