EN

Quba-Qonaqkənd yolunda son vəziyyət açıqlandı - RƏSMİ

Quba-Qonaqkənd yolunda baş verən sürüşmədən sonra ərazidəki vəziyyət açıqlanıb.

Bu barədə "Yeni Sabah" a Quba Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər sektorunun müdiri Anar Məmmədov danışıb.

O bildirib ki, vəziyyət nəzarət altındadır:

"Alterativ yol çəkirlər, kəndlərdə işıq, qaz, su problemi aradan qaldırılır. Sadəcə köhnə yol sürüşmədə olduğuna görə ərazidə iş aparmaq qeyri-mümkündür. Çünki təhlükə var, yenidən torpaq sürüşməsi ola bilər.

Rayon icra hakimiyyətinin başçısının iştirakı ilə başqa bir yolla dünən 12 tonluq ərzaq kəndlərə çatdırıldı. Məktəblərdə də problem yoxdu, dərslər davam edir. Kəndlərin özündə bulaq sularından istifadə olunur. Qonaqkəndə qədər qaz var, digər ucqar kəndlərdə isə yoxdur".

Qeyd edək ki, aprel ayının 11-də yağan güclü yağış nəticəsində Quba-Qonaqkənd yolunda şürüşmə baş verib.

Aytəkin Əliyeva 


Telegram kanalımız
Chosen
26
yenisabah.az

1Sources