EN

Zəngilanda Rusiya Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb YENİLƏNİB

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Zəngilan şəhərində keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasının yekunlarına dair protokol imzalanıb.

APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasın yekunlarına dair protokolu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun rusiyalı həmkarı Aleksey Overçuk imzalayıb.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsi (e-CMR) sisteminin tətbiqi üçün şəraitin yaradılmasına dair yol xəritəsi imzalanıb.

***

14:24

Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

APA xəbər verir ki, iclasda Hökümətlərarası Dövlət Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədirliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilir.

Müzakirələrdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsi əsas diqqət mərkəzindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
8
apa.az

10Sources