EN

Paşinyandan ermənilərə MÜHARİBƏ QADAĞASI: Ermənistanda QANUN DƏYİŞDİ

Ermənistan parlamenti televiziya məkanında müharibə və zorakılığın təbliğini məhdudlaşdıran qanun dəyişikliklərini qəbul edib.

KONKRET.az xəbər verir ki, dəyişikliklər ikinci və son oxunuşda 58 deputatın lehinə, 3 nəfərin əleyhinə səsi ilə qəbul olunub, 15 deputat isə bitərəf qalıb.

“Audiovizual media haqqında” qanuna edilən bu dəyişikliklər ötən ilin dekabrında hökumət tərəfindən də təsdiqlənmişdi.

Yeni qaydalara əsasən, ölkənin daxili siyasi proseslərinə müdaxilə kimi qiymətləndirilə biləcək xarici mənbəli kontentin yayımı məhdudlaşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
25
1
konkret.az

2Sources