EN

Paşinyan kameraya yaxalandı: Gizlicə telefona çəkirmiş

Aprelin 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada 2021-2026-cı illər üçün hökumət proqramının 2025-ci ilə qədər icrası ilə bağlı hesabatın müzakirəsində iştirak edib.

“Cebheinfo.az” xəbər verir ki, Nikol Paşinyan Milli Assambleyada müxalifət üzvlərini telefonla çəkərkən kameraya düşüb. 

Daha əvvəl Baş nazir çıxışı zamanı müxalifət deputatlarının niyə daim zala girib-çıxdığını soruşub. 

Sessiyaya sədrlik edən Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyan cavab verib ki, maaşlarını itirməmək üçün gəlib qeydiyyatdan keçirlər.

Chosen
23
cebheinfo.az

1Sources