Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir.
"Bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir. Əsas tikinti işləri artıq yerinə yetirilib".