EN

Horadiz–Ağbənd dəmir yolu xəttinin tamamlanma tarixi AÇIQLANIB

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir.

"Bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir. Əsas tikinti işləri artıq yerinə yetirilib".

Chosen
4
8
day.az

10Sources